Kupyansk yenidən Rusiyanın nəzarətinə keçib?

kupyansk-yeniden-rusiyanin-nezaretine-kecib
Oxunma sayı: 780

Rusiyanın müdafiə naziri Andrey Belousov Ukraynanın Kupyansk şəhərinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, A.Belousov bu barədə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən nazirliyin kollegiya iclasında danışıb.

“Qərb” qoşun qruplaşması strateji əhəmiyyətə malik Kupyansk şəhərini ələ keçirib. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin təchizat yolları buradan keçirdi”, - nazir deyib. 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov noyabrın 21-də Prezident Vladimir Putinə şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə dekabrın 12-də Kupyansk şəhərindən videomüraciət yayımlamış və Ukrayna əsgərlərinin yanında olduğunu bildirmişdi.