Küveyt əmiri hökumətin istefasını qəbul edib

kuveyt-emiri-hokumetin-istefasini-qebul-edib
Oxunma sayı: 1750

Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah bir gün əvvəl ona təqdim olunan kabinetin istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncamı bazar günü dövlət başçısı imzalayıb.

“Əmir Məhəmməd Sabah əl-Salem əs-Sabahın rəhbərlik etdiyi hökumətin istefasını qəbul edir. Nazirlər Kabinetinin bütün üzvləri yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər”, - sənədin mətnində qeyd olunub.

Küveytin hazırkı Nazirlər Kabinetinin istefası aprelin 4-də Milli Assambleyaya (parlament) keçirilən seçkilərdən sonra baş vermiş rəsmi hadisədir. Yeni parlament seçildikdən sonra hökumətin istefası əmirliyin konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulub. Küveytin əsas qanununa görə, ölkənin yeni Milli Assambleyasının ilk iclası parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra 14 gündən gec olmayaraq keçirilməlidir. Məhz parlamentin ilk iclasında yeni hökumətin tərkibi açıqlanmalıdır.