“Land Cruiser” aşdı - Sürücü öldü

land-cruiser-asdi
Oxunma sayı: 2870

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Muğanlı-İsmayıllı yolunda olub.

Belə ki, hərəkədə olan “Land Cruiser” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə 41 yaşlı sürücü Samir Abdullayev dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mübariz Muradov