Lənkərana toya gedənlər ağır qəzaya düşdülər, ölən var - Fotolar

lenkerana-toya-gedenler-agir-qezaya-dusduler-olen-var
Oxunma sayı: 8811

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən E.Qurbanov yolda keçinib, C.Salahlı isə reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.