Lökbatanda güclü yanğın - Video - Fotolar - Yenilənib

lokbatanda-guclu-yangin
Oxunma sayı: 10501

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in texnika və canlı qüvvəsi cəlb edilib.

***

Lökbatandakı anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, FHN tərəfindən daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

FHN-dən bildirilib ki, yanğının söndürülməsi əməliyyatına nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 01:20 radələrində Mərkəzə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.