Macarıstan Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb

macaristan-rusiyaya-qarsi-yeni-sanksiyalar-paketini-bloklayib
Oxunma sayı: 1287

Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. 

Məlumata görə, Macarıstan Aİ ölkələri səfirlərinin görüşündə Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin əleyhinə çıxış edən yeganə ölkə olub. 

Bildirilir ki, bu, baş verməsəydi, yeni sanksiyalar paketi təsdiq olunacaqdı. 

Bununla belə, Budapeştin etirazının Rusiyaya deyil, Çinə qarşı yönələn tədbirlərlə bağlı olduğu qeyd olunub: “Macarıstan nümayəndələri Çin şirkətlərinə görə sanksiya ilə razılaşmayıblar”. 

Qeyd edək ki, Aİ yanvar ayında Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirələrinə başlayıb. Sanksiyalar Rusiya, Çin və digər ölkələrdən olan 200-ə yaxın şəxs və təşkilata şamil ediləcək.