“Baku Medical Plaza”da daha bir unikal əməliyyat keçirildi - Video+Fotolar

baku-medical-plazada-daha-bir-unikal-emeliyyat-kecirildi
Oxunma sayı: 2007

“Baku Medical Plaza”nın “Plastik-Rekonstruktiv Cərrahiyyə” komandası növbəti uğurlu əməliyyata imza atıb.

“Baku Medical Plaza” klinikalar şəbəkəsinin “Medilux” filialının Plastik-rekonstruktiv cərrahı, Tibb üzrə fəlsəfə doktoru, İSAPS üzvü PhD. Həkim Dilqəm Məhərrəmovun həyata keçirdiyi “V formalı flab ilə kollumela defektinin bərpası, qabırğa qığırdağı ilə rekonstruktiv rinoplastika” əməliyyatı uğurla tamamlanıb. Yenidən normal həyatına qayıdan pasiyentimiz “Medilux” komandasına təşəkkür edib.

PhD. Həkim Dilqəm Məhərrəmov:

“Baku Medical Plaza”nın “Medilux” filialı tərəfindən təqdim edilən tibbi xidmətlər xəstələrin xarici mərkəzlərə üz tutması ehtiyacını tam aradan qaldırır. Təcrübəli və peşəkar komandamız, müasir texniki avadanlıqlarımız sayəsində əksər riskli əməliyyatları uğurla icra etmək əzmindəyik. Adətən, Rinoseptoplastika əməliyyatlarından sonra müxtəlif ağırlaşma hallarının statistik göstəriciləri orta hesabla 5-7% təşkil edir. Bəzən onlar mürəkkəb kombinasiyalı şəkildə meydana gəlir və sonradan bərpa olunması prosesi çox çətinləşir. Sizə bu cür ağırlaşma halı ilə üzləşmiş pasiyentimiz haqqında videonu təqdim edirik”.

Qeyd etmək istərdik ki, “Baku Medical Plaza” 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Hazırda Babək, Mərkəz və “Medilux” filiallarımız vətəndaşlara xidmət edir.