Salyanda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktka bağlı araşdırma aparılır.
***
Məlumata görə, qəzaya düşənlər bir ailənin üzvləridir.
Belə ki, maşının sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı isə hadisə yerində ölüb.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər