Maşın traktorun qoşqusuna çırpıldı - Xəsarət alan var

masin-traktorun-qosqusuna-cirpildi
Oxunma sayı: 384

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində qeydə alınıb.

İlkin məlumata görə, Mingəçevir şəhər sakini 1992-ci il təvəllüdlü Elzamin Heydərov idarə etdiyi “VAZ 2107” markalı avtomobil traktorun qoşqusuna çırpılıb.

Hadisə nəticəsində adıçəkilən sürücü müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev