Mask Trampın impiçmentini istəyir

mask-trampin-impicmentini-isteyir
Oxunma sayı: 2658

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın impiçment edilməsi ideyasını dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, milyarder “X” sosial şəbəkəsində Trampın iqtidardan uzaqlaşdırılması və hakimiyyətin vitse-prezident Cey Di Vensə verilməsi ilə bağlı sualı olan paylaşımı repost edib.

“Bəli”, - deyə Mask paylaşıma fikrini bildirib.

O həmçinin Amerika iqtisadiyyatının “Trampın idxala tətbiq etdiyi rüsumlar səbəbindən ilin ikinci yarısında resessiyaya” uğrayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Tramp ilə Mask arasında açıq münaqişə başlayıb.