Məşhur amerikalı moda və kostyum dizayneri Bob Maki 87 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat verilib.
“Cənab Bob Makinin bu gün vəfat etdiyi xəbərini böyük kədər hissi ilə bölüşürük. Onun parlaq və qeyri-adi dizaynları əbədi yaşayacaq və bu dünyaya gözəllik qatmağa davam edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, karyerası ərzində Maki Opra Uinfri, Şer, Tina Törner, Britni Spirs və digər məşhurlar üçün geyimlər dizayn edib. O, doqquz “Emmi” mükafatı qazanıb və üç dəfə “Oskar” mükafatına namizəd göstərilib.
Son xəbərlər
Son Xəbərlər