Messi özünə yeni klub aldı

messi-ozune-yeni-klub-aldi
Oxunma sayı: 446

Səkkizqat “Qızıl top” sahibi və dünya çempionu Lionel Messi İspaniya Sequndasında (ikinci divizion) mübarizə aparan “Eldense” futbol klubunu satın alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat oktyabrın 1-də klubun rəsmi saytında dərc olunub.

Klubun mətbuat xidmətindən bildirilib ki, idman tarixinin ən mühüm simalarından birinin “Eldense”nin sahibi kimi İspaniya peşəkar futboluna gəlişi klubun idman, institusional və sosial inkişafına yönəlmiş uzunmüddətli layihənin başlanğıcıdır. Əqdin tam yekunlaşması üçün tərəflər İspaniyanın Ali İdman Şurasından (CSD) rəsmi icazə almalıdırlar.

Məlumat üçün bildirə ki, 1921-ci ildə təsis olunmuş “Eldense” bu mövsüm uğursuz çıxış edir – 7 turdan sonra cəmi 5 xal toplayan komanda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Bu, Messinin İspaniyadakı ikinci futbol aktividir; aprel ayında o, 5-ci divizion təmsilçisi “Kornelya” klubunun 100% səhmlərini almışdı.

Qeyd edək ki, Messinin bu sərmayələri beynəlxalq karyerasını başa vurmağa hazırlaşdığı vaxta təsadüf edir. Argentinalı ulduz milli komandada son matçını oktyabrın 6-da Buenos-Ayresdə Benin yığmasına qarşı keçirəcək və bundan sonra yalnız klub karyerasını davam etdirəcək.