Meyvə bağındakı hovuzda boğulub öldü

meyve-bagindaki-hovuzda-bogulub-oldu
Oxunma sayı: 1010

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib.

2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.