ABŞ-nin texnologiya nəhəngi “Microsoft” yaxın günlərdə yeni ixtisar dalğasına başlaya bilər.
“Qafqazinfo” “Business Insider”ə istinadən xəbər verir ki, şirkət işçi heyətinin 2,5 faizindən azını əhatə edəcək ixtisarlar planlaşdırır.
Məlumata əsasən, ixtisarların əsasən satış, konsaltinq və X-box oyun bölməsində çalışan əməkdaşlara şamil olunması gözlənilir.
Bəzi işçilərə isə şirkət daxilində alternativ vəzifələr təklif oluna bilər.
Mənbənin bildirdiyinə görə, ixtisarların “Microsoft”un yeni maliyyə ilinin başlanğıcından dərhal sonra elan ediləcəyi ehtimal olunur.
Son dövrlər ABŞ-ın aparıcı texnologiya şirkətləri xərcləri azaltmaq və süni intellekt sahəsinə yatırımları artırmaq məqsədilə genişmiqyaslı restrukturizasiya həyata keçirirlər. “Microsoft” da bu strategiya çərçivəsində əməliyyat xərclərini optimallaşdırmağa çalışır.
Son xəbərlər
Son Xəbərlər