Millimiz Fransaya qarşı

millimiz-fransaya-qarsi
Oxunma sayı: 465

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq. Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək, (3:0) pley-offa vəsiqəni təmin edib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.