Millimiz məğlub oldu

millimiz-meglub-oldu
Oxunma sayı: 1099

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gəlib.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunan qarşılaşma ev sahiblərinin 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Üç qarşılaşmadan sonra yığmamızın 4 xalı var.