Millinin futbolçusu öldürüldü

millinin-futbolcusu-olduruldu
Oxunma sayı: 717

Uqanda millisinin və “SC Villa” klubunun kapitanı Devid Ovori öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, o, paytaxt Kampalada yaşadığı evin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Quldur dəstəsi onun telefonunu və qiymətli əşyalarını oğurlamağa çalışıb. Müqavimət göstərən 27 yaşlı futbolçu başına dəyən daşlardan sonra həyatını itirib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.