Mübariz İbrahimov küçəsi təmir olunur - Foto

mubariz-ibrahimov-kucesi-temir-olunur
Oxunma sayı: 2303

Pirallahı rayonunda 2 km uzunluğa malik Milli Qəhrəman Mübariz İbrahimov adına küçə təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri yerlərdə yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur. 

Həmçinin zəruri nöqtələrə yeni yol nişanları qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.