“Musa ayrılmaq istədiyini bizə deməyib”

musa-ayrilmaq-istediyini-bize-demeyib
Oxunma sayı: 1867

İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının hazırkı durumundan danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, 22 yaşlı hücumçunun “Qarabağ”a dönəcəyi ilə bağlı yayılan məlumatın yanlış olduğunu bildirib.

İsveçli mütəxəssis forvardla bağlı belə bir planlarının olmadığını deyib: “Hazırda “transfer pəncərəsi” bağlıdır. Belə bir müzakirəmiz yoxdur, amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasa, məyus olur. Musa da matçlarda iştirak etmədiyi üçün məyusdur”.

Qeyd edək ki, Musa Qurbanlının İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.