“Yuventus”un baş məşqçisi Luçano Spaletti qeyri-adi hərəkəti ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli məşqçi “Latsio” ilə 2:2-lik heç-heçə etdikləri matçda hakimlərin verdiyi qərarlara ondan müsahibə alan jurnalisti öpərək etiraz edib.
Spaletti “Dazn” qəzetinin müxbiri Federika Zilleyə danışarkən bunları deyib: “Mən sizi öpdüm, bu, təmasdır. Biz təmasdan danışırıq. “Latsio”nun futbolçusu Mario Gilanın oyunçumuz Xuan Kabala qarşı etdiyi hərəkət də təmasdır”.
Son xəbərlər
Son Xəbərlər