Nazarbayev günlər sonra xalqa çağırış etdi

nazarbayev-gunler-sonra-xalqa-cagiris-etdi
Oxunma sayı: 10087

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib.

“Elbası hamını cari çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün Qazaxıstan Prezidenti ətrafında birləşməyə çağırır”, - deyə Ukibay əlavə edib.

Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi barədə məlumat yayılıb, lakin bu, öz təsdiqini tapmayıb.