Nazarbayev istefa verdi

nazarbayev-istefa-verdi
Oxunma sayı: 14115

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində məlumat verib.

Tokayev bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini bildirib.

Qeyd edək ki, 30 ilə yaxın müddətdə Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezident postundan getsə də, Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini qoruyub saxlamışdı. O, həmçinin “Nur Otan” partiyasının lideridir.

Həmçinin oxuyun: “Qadağan etsəm də, məktəbə idman paltarı ilə getmişdi” - Şöbədə arvadını öldürən polis