Neftçalada qəbullar keçirildi - Fotolar

neftcalada-qebullar-kecirildi
Oxunma sayı: 1688

Neftçalada növbəti vətəndaş qəbulları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbullarda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

İcra başçısı Xol Qarabucaq Şəhidlər Xatirə Kompleksini ziyarət edib, ruhlarına dualar oxunub və gül dəstələri düzülüb.

M. Seyidov Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbullarda sakinlər rayonda aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar təşəkkürlərini bildiriblər. Eyni zamanda, özünəməşğulluq proqramına qoşulmaq, daxili yolların təmiri, içməli su ilə bağlı yaranan çətinlik, elektrik enerji sayğacının qurulması və digər məsələlər barədə təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.