“Neftçi” həbs edilən azarkeşlərlə bağlı açıqlama yaydı

neftci-hebs-edilen-azarkeslerle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 1757

“Neftçi” ötən gün klub bazasına gələrək etiraz edən azarkeşlərin həbs olunması ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada klub tərəfindən tərəfdarlarla bağlı heç bir şikayət edilmədiyi bildirilib:

“Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçından sonra dörd nəfər azarkeş məğlubiyyətə etiraz etmək məqsədilə “Neftçi” klubunun İnzibati binasının ərazisində pirotexniki vasitələrdən istifadə edərək asayişi pozub. Bildirmək istərdik ki, baş verən hadisə ilə bağlı “Neftçi” heç bir şikayət bildirməyib. Hüquq- mühafizə orqanları qanunvericiliyin tələblərinə əsasən həmin şəxsləri məsuliyyətə cəlb edib”.

Qeyd edək ki, “Neftçi” bazasına gələrək etiraz edən Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.