“Neftçi”nin iki azarkeşi həbs olundu, ikisi cərimələndi

neftcinin-iki-azarkesi-hebs-olundu-ikisi-cerimelendi
Oxunma sayı: 2110

“Neftçi”nin iki azarkeşi inzibati qaydada həbs olunub, daha ikisi isə cərimələnib.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən bildirilib:

“Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol klubunun bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. Polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar. 

Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib”.

Qeyd edək ki, “Neftçi” ötən gün Azərbaycan Premyer Liqasında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra bakılı azarkeşlər komandalarına qarşı etirazlarını bildiriblər.