“Neftçi” və “Araz-Naxçıvan”dan heç-heçə

neftci-ve-araz-naxcivandan-hec-hece
Oxunma sayı: 1280

Azərbaycan Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 

Matçın 3-cü dəqiqəsində Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.