“Real” finalda - Video

real-finalda
Oxunma sayı: 5453

İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Real” səfərdə məğlub etdiyi (1:0) “Real Sosyedad”la bu dəfə evdə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qapılara 8 qol vurulub. 

Bu oyunda “Real Sosyedad” əsas vaxtı qalib başa vurduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “kral klubu” adını finala yazdırıb. Ümumi hesab 5:4 olub.

Qeyd edək ki, digər yarımfinalda “Barselona” cavab matçında “Atletiko”nu qəbul edəcək. Cütün ilk görüşündə bərabərlik qeydə alınıb - 4:4.

İspaniya Kubokunun final oyunu aprelin 26-da baş tutacaq.