“ChatGPT”də problem yarandı

chatgptde-problem-yarandi
Oxunma sayı: 1806

“OpenAI” şirkətinə məxsus “ChatGPT” çat-botunda problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.

Şikayətlərin əksəriyyəti ABŞ-dən olan istifadəçilərdən (1,7 mindən çox) daxil olub. Çat-botla bağlı problemlər Fransa, Böyük Britaniya, Yaponiya və bir sıra başqa ölkələrdə də qeydə alınıb.