Neftimiz ucuzlaşdı

neftimiz-ucuzlasdi
Oxunma sayı: 929

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,56 ABŞ dolları və ya 3% azalaraq 83,17 ABŞ dollarına enib.

Xatırladaq ki, ötən gün neftimiz 85.73 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.