Siyasətçi Boris Nemtsovun qatilinə hökm oxunub.
“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, siyasətçini qətlə yetirməkdə təqsirli bilinən Zaur Dadayev 20 il azadlıqdan məhrum edilib. O, bu müddəti ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Dadayevlə yanaşı onunla əlbir olan Anzor Qubaşev 19 il, Şadid Qubaşev 16 il, Temirlan Əsgərxanov 14, Həmzət Baxayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Boris Nemtsov 2015- ci il fevralın 27-sində Moskvanın mərkəzində, naməlum şəxslər tərəfindən atəşə tutulub. O, hadisə yerindəcə keçinib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər