Nəriman Axundzadə 10 ay sonra qol vurdu - Video

neriman-axundzade-10-ay-sonra-qol-vurdu
Oxunma sayı: 878

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. 

Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. 

Nəriman Axundzadə sonuncu dəfə 2025-ci ilin dekabrında Misli Premyer Liqası çərçivəsində “Araz-Naxçıvan”la matçda fərqlənmişdi. Həmin vaxt “Qarabağ”ın heyətində çıxış edən futbolçu 5:1 qalib gəldikləri matçda rəqib qapısına yol tapmışdı. 

Qeyd edək ki, U-21 milli komandamız Avropa çempionatının seçmə mərhələsində Şotlandiyaya 2:5 hesabı ilə uduzub.