Neymar Messiyə xüsusi hədiyyə göndərdi - Foto

neymar-messiye-xususi-hediyye-gonderdi
Oxunma sayı: 716

Neymar keçmiş komanda yoldaşı Lionel Messiyə xüsusi hədiyyə göndərib.

“Qafqazinfo” xəbər verir ki, o, hazırda formasını geyindiyi “Santos”un formalarını imzalayaraq Messiyə hədiyyə olaraq yollayıb. 
Braziliya klubu bu barədə paylaşım edib. 

Paylaşımda “Neymar Jr.-dan Lionel Messi-yə. Şahzadədən Dahiyə” ifadələri yer alıb.

Qeyd edək ki, Neymar və Messi “Barselona” və PSJ-də birgə çıxış ediblər.

Nihad Əsədov