Nişan üzüklərini Çağatay taxdı - Fotolar

nisan-uzuklerini-cagatay-taxdi
Oxunma sayı: 865

Bir vaxtlar türkiyəli iş adamı Acun Ilıcalı ilə sevgili olduğu iddia edilən aktrisa Itır Esen nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Instagram” hesabında paylaşım edib.

Aktrisa menecer Engin Aykanatla ailə həyatı qurmağa hazırlaşır.

Cütlüyün nişan mərasimində məşhur aktyor Çağatay Ulusoy və sevgilisi, aktrisa Aslıhan Malbora da iştirak edib.

Nişan üzüklərini Çağatayın taxması maraqla qarşılanıb.

Qeyd edək ki, Itır Esen hazırda “Güller ve günahlar” serialında Pelin obrazını canlandırır. Aktrisa daha əvvəl “Aşk-ı Memnu”, “Doktorlar”, “Gaddar” kimi seriallarda rol alıb.