Niyə məhz avqust?

niye-mehz-avqust
Oxunma sayı: 590

Yay mövsümünün favorit meyvələrindən biri olan qarpızla bağlı illərdir “avqustdan tez yemək olmaz” fikri səslənir.

“Qafqazinfo” xəbər verir ki, bəziləri bunun səbəbini qarpızın yetişməməsi, digərləri isə gübrə və kimyəvi maddələrin çoxluğu ilə əlaqələndirir.

Bəs bunun elmi əsası varmı?

Əslində, qarpızın mütləq avqust ayında yeyilməli olması ilə bağlı elmi qayda yoxdur. Əsas məsələ meyvənin təbii şəkildə və mövsümünə uyğun yetişməsidir.

Erkən bazara çıxarılan qarpızların bir hissəsi istixanalarda yetişdirilə və ya məhsulun daha tez böyüməsi üçün müxtəlif aqrotexniki üsullardan istifadə keçə bilər.

Bu isə bəzi istehlakçılarda məhsulun keyfiyyəti ilə bağlı narahatlıq yaradır.

Qarpızın ən bol və təbii yetişmə dövrü adətən iyulun sonu və avqust ayı hesab olunur. Bu dövrdə meyvənin şəkər miqdarı daha yüksək olur, dadı daha yaxşı hiss edilir və qiyməti də nisbətən əlverişli olur. Məhz buna görə “avqustdan sonra” fikri geniş yayılıb.

Həkimlər qarpız alarkən bəzi məqamlara diqqət yetirməyi tövsiyə edirlər:

-Mövsümündə yetişən məhsullara üstünlük verin.

-Kəsilmiş qarpızı açıq havada satılan yerlərdən almayın.

-Meyvəni istifadə etməzdən əvvəl üzərini yaxşıxa yuyun.

-Kəsildikdən sonra soyuducuda saxlayın və qısa müddətdə yeyin.

Qarpız tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olduğu üçün isti havalarda orqanizmin maye ehtiyacını ödəməyə kömək edir. O, həmçinin C, A vitaminləri, kalium və likopen kimi antioksidantlarla zəngindir.