“Nobeli almasam, mükafatın nüfuzu zərər görəcək”

nobeli-almasam-mukafatin-nufuzu-zerer-gorecek
Oxunma sayı: 275

“Nobel Sülh Mükafatını almasam, mükafatın nüfuzu zərər görəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Nobel Sülh Mükafatına layiq olduğunu bildirib.

Nobel Sülh Mükafatının oktyabrın 9-da elan ediləcəyini xatırladan Tramp mükafatı alacağına əmin olmadığını deyib.

“Onların qərarının nə olacağını bilmirəm. Məlumdur ki, onlar bu mükafatı mənim kimi insanlara verməyə meyilli deyillər. Mükafatı alsam da, almasam da, çox şeyə nail olmuşam. Düşünürəm ki, mənə mükafat verməmələri onlar üçün böyük nüfuz itkisi olardı”, - Tramp bildirib.

ABŞ Prezidenti Nobel Sülh Mükafatına layiq olduğunu əsaslandırarkən səkkiz müharibəyə son qoyduğunu iddia edib. O, həmçinin keçmiş Prezident Barak Obamanın “heç nə etmədən” Nobel Sülh Mükafatı aldığını deyib.

Tramp 2025-ci ilin Nobel Sülh Mükafatı laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonu da xatırladıb. O, Maçadonun Nobel medalını ona təqdim etdiyini və özünün mükafata layiq olduğunu söylədiyini bildirib.

Qeyd edək ki, Maçado 2026-cı ilin yanvarında Nobel medalını Trampa təqdim edib. Lakin Norveç Nobel Komitəsi medalın təqdim edilməsinin mükafatın laureatını dəyişdirmədiyini və Nobel Sülh Mükafatının Maçadonun adına bağlı olaraq qaldığını açıqlayıb.