“Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır

nyukaslla-oyunun-biletleri-bu-gun-satisa-cixarilir
Oxunma sayı: 780

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl”- “Qarabağ” oyununun səfər biletləri bu gün satışa çıxarılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, meydan sahibləri azərbaycanlı azarkeşlər üçün səfər biletləri bu gün saat 15:00-da iTicket.az saytında satışa çıxarılacaq.

Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-i saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da İngiltərədə baş tutacaq.