Bakıda keçirilən cüdo üzrə dünya çempionatında gümüş medal qazanaraq dünya ikincisi olan Zelim Tçkayev final matçından sonra jurnalistlərin suallarını cavablandırarkən səmimi etiraflar edib.
“Qafqazinfo” xəbər verir ki, məğlubiyyəti üçün heç bir bəhanə gətirməyən idmançı hakimlərin qərarlarını şərh etməkdən imtina edib.
“Mən heç vaxt hakimliyi şərh etməyi sevməmişəm və indi də bunu etməyəcəyəm. Qələbəni əldən verdiyimi düşünmürdüm, son ana qədər qalib gələcəyimi zənn edirdim. O daha güclü idi, ona görə də uduzdum. Hər hansı bir yorğunluq yox idi, sadəcə o daha güclü idi və mən uduzdum. Bu qədər. Heç bir bəhanə yoxdur”, – deyə dünya ikincisi vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər