O'Konnorun ölüm səbəbi bəlli oldu

okonnorun-olum-sebebi-belli-oldu
Oxunma sayı: 4980

6 ay öncə 56 yaşında vəfat edən irlandiyalı müğənni Şineyd O'Konnorun ölüm səbəbi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları ifaçının təbii səbəblərdən dünyasını dəyişdiyini elan edib. Buna qədər isə, mənzilində ölü tapılan müğənninin vəfatı şübhəli hesab edilirdi.

Coroner Məhkəməsi bu səbəbdən də onun ölümü ilə bağlı istintaq işini bağlayıb. 

Xatırladaq ki, Şineyd O'Konnor iyulun 26-da Londonun cənub-şərqindəki penthausunda ölü tapılıb.