Ölənlərin sayı 133-ə çatdı - Yenilənib

olenlerin-sayi-133-e-catdi
Oxunma sayı: 9554

“Crocus City Hall”dakı terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb. Ölənlərin sayının daha da artacağı ehtimal olunur.

İlkin məlumatlara görə, ölümə səbəb güllə yaraları və yanan məhsullardan zəhərlənmə olub.

Səhiyyə Departamenti isə xəstəxanaya yerləşdirilənlər arasında 4 uşağın olduğunu açıqlayıb.

İstintaq Komitəsinin məlumatına görə, terrorçular zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Həmçinin müstəntiqlər terrorçuların hücum zamanı istifadə etdikləri avtomat silahları aşkar ediblər.

***

Rusiya İstintaq Komitəsi terror aktında ölənlərin sayının 115-ə yüksəldiyini açıqlayıb.

***

Rusiya İstintaq Komitəsinin məlumatına görə, ticarət mərkəzində dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatması məlum olub. Axtarış tədbirləri davam edir.

Yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.

***

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, dağıntıları tamamilə təmizləmək üçün xilasedicilərə daha bir neçə gün lazım olacaq.