“Onlar bunu mənə qarşı etmək istəyirlər”

onlar-bunu-mene-qarsi-etmek-isteyirler
Oxunma sayı: 267

ABŞ Prezidenti Donald Tramp Demokratik Partiya üzvlərinin ona qarşı impiçment proseduruna başlamaq istədiklərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu fikirləri jurnalistlərlə söhbət zamanı səsləndirib.

Tramp qeyd edib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenə qarşı belə bir addım atmaq imkanı olub, lakin o, bunu “uyğunsuz” hesab edib.

Ağ Ev rəhbəri vurğulayıb ki, əgər demokratlar noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdə qalib gəlsələr, ona qarşı impiçment prosesinə başlaya bilərlər. Amerika lideri “Onlar bunu mənə qarşı etmək istəyirlər”, - deyə bildirib.