“Onlar hakimiyyətdən devrilməyənə qədər Hörmüz açılmayacaq”

onlar-hakimiyyetden-devrilmeyene-qeder-hormuz-acilmayacaq
Oxunma sayı: 564

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə qaldıqları müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Məhəmməd Baqer Zülqədər bildirib.

“Cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilməyənə qədər döyüşçülərimiz Hörmüz boğazını açmayacaqlar”, - deyə o deyib.

İranın Ali Rəhbərinin müşaviri əlavə edib ki, boğazın bağlanması İran xalqının qisasının yalnız ilk mərhələsidir.