Onun çıxışından sonra neft ucuzlaşdı

onun-cixisindan-sonra-neft-ucuzlasdi
Oxunma sayı: 2176

ABŞ Prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu açıqlamasından sonra neftin dəyəri kəskin şəkildə aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “İnterfaks” məlumat yayıb.

Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 20:35-ə 78,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,58 dollar (0,73%) azdır.

Nyu-York əmtəə birjasında (NYMEX) mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,72 dollar (0,95%) ucuzlaşaraq 74,72 dollar/barelə bərabər olub.