Ötən ay qardaşı, indi isə atası vəfat etdi - Foto

oten-ay-qardasi-indi-ise-atasi-vefat-etdi
Oxunma sayı: 884

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, aktrisanın atası Məcid Əliyev 88 yaşında vəfat edib.

O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın atasıdır.

Xatırladaq ki, ötən ayın əvvəlində aktrisanın qardaşı Elxan Bayramov da Moskvada vəfat etmişdi.

Yunis Quliyev