İsrailin Tehranda həyata keçirdiyi hava hücumları nəticəsində Əli Laricaninin oğlu da həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə “Iran International” telekanalı çıxış edib.
İddiaya görə, həmin hücum zamanı Əli Laricani ilə yanaşı, onun köməkçisi olan oğlu, həmçinin Milli Təhlükəsizlik Ali Şurasındakı müavini Əli Bateni də həlak olub.
Məlumata görə, İsrail aviasiyası “Bəsic” milis təşkilatının yüksəksəviyyəli toplantısını hədəf alıb. Zərbə nəticəsində “Bəsic” rəhbərinin müavini Qasım Qureyşi də öldürülüb. Toplantının hazırda İranda qeyd olunan “Çərşənbə Suri” (Od çərşənbəsi) şənlikləri zamanı baş qaldıra biləcək mümkün etiraz aksiyalarının qarşısının alınması yollarını müzakirə etmək üçün toplandığı bildirilir.
İsrail rəsmiləri Laricaninin yerinin müəyyən edilməsində Tehran sakinlərindən alınan kəşfiyyat məlumatlarının mühüm rol oynadığını qeyd ediblər.
Qeyd edək ki, həmin əməliyyat fevralın 28-də Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsindən sonra İranın idarəetmə strukturuna vurulan ən ağır zərbələrdən biri hesab olunur.
Son xəbərlər
Son Xəbərlər