Papikyan Baqeri ilə görüşüb

papikyan-baqeri-ile-gorusub
Oxunma sayı: 1316

Tehranda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Tərəflər görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Xatırladaq ki, Papikyan martın 6-da İrana rəsmi səfərə yollanıb. O, səfər çərçivəsində İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə də görüş keçirib.