“Paşinyanın Rusiya ilə bağlı iddiaları əsassızdır”

pasinyanin-rusiya-ile-bagli-iddialari-esassizdir
Oxunma sayı: 1424

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanda dövlət çevrilişinə çağırışlarla bağlı bəyanatlarının heç bir əsası yoxdur”. 

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ermənistanın Baş nazirinin qeyd etdiyiniz iddialarının heç bir əsası yoxdur. Rusiya rəsmiləri heç vaxt heç bir yerdə qanuni yolla seçilmiş hakimiyyəti devirmək çağırışlarına zərrə qədər icazə verməyiblər”, - Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva Ermənistanın həm indiki, həm də əvvəlki hakimiyyətinə münasibətdə oxşar prinsipi rəhbər tutur.

“Məntiqi sual yaranır: indi İrəvanda hakimiyyətdə olanların özləri başqa ölkələrə münasibətdə, yoxsa öz daxili siyasi prosesləri ilə bağlı bu məntiqə əməl edirlər? Biz bir neçə il əvvəl baş verən ən son tarixi xatırlayırıq”, - Rusiya XİN rəsmisi əlavə edib.