Patrul xidməti aparır, vətəndaşlara xəbərdarlıqlar edir - Video

patrul-xidmeti-aparir-vetendaslara-xeberdarliqlar-edir
Oxunma sayı: 206

Qırğızıstan hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə xüsusi robot-it əldə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazinform” agentliyi məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, qurğu yaxınlaşmaqda olan VI Dünya Köçəri Oyunları ərəfəsində alınıb.

Robot küçələrdə patrul xidməti aparmaq, vətəndaşlara səsli xəbərdarlıqlar etmək və kəşfiyyat məqsədilə potensial təhlükəli ərazilərə daxil olmaq üçün proqramlaşdırılıb. Bu texnologiya polis əməkdaşlarının həyatını risqə atmamağa xidmət edir.

Talas şəhərində Qırğızıstanın müstəqilliyinin 35 illiyi münasibətilə keçirilən tədbirdə robot-it sakinləri belə salamlayıb:

“Əziz vətəndaşlar, bayramınız mübarək! Mən Qırğızıstan polisinin köməkçisiyəm və ictimai qaydanı təmin etməyə hazıram”.