Payızda bu saç stili dəb olacaq - Fotolar

payizda-bu-sac-stili-deb-olacaq
Oxunma sayı: 341

“Vogue” jurnalının moda redaktorları 2026-cı ilin payızı üçün ən zərif saç düzümünü müəyyən ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat nəşrin saytında dərc olunub. Söhbət at quyruğu (ponytail) saç düzümündən gedir.

Saçların boyun nahiyəsində yığılması ilə əldə edilən bu minimalist tərz moda nümayişlərinin əsas elementinə çevrilib.

Modellər onu “Prada”, “Fendi” və “Dior” kimi brendlərin şoularında nümayiş etdiriblər. Stilistlər bu saç düzümünün həm hamar, həm də bir qədər dağınıq variantlarına üstünlük verirlər.

Qeyd edilir ki, bu tərz nə mürəkkəb düzüm texnikası, nə də diqqətçəkən aksesuarlar tələb edir.