Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddiaları ilə bağlı - Açıqlama

pensiyacilara-uc-aydan-bir-30-manat-elave-odenilmesi-iddialari-ile-bagli
Oxunma sayı: 612

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, nazirlik yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

“Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir”, - açıqlamada qeyd olunub.