“Peyvənd vurdurmayıb prosesi ləngitmək doğru deyil”

peyvend-vurdurmayib-prosesi-lengitmek-dogru-deyil
Oxunma sayı: 1904

Azərbaycanda təhsil işçilərinin 80 faizindən çoxu peyvənd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

Nazir deyib ki, yeni tədris ilini şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi:

“Artıq təhsil işçilərimizin 80 faizindən çoxu vaksin vurub. Bu, 170 mindən artıq insan edir. Nə qədər çox vətəndaşımız peyvənd olunarsa, bir o qədər tez pandemiyadan çıxmış olarıq. Həm təhsilimiz, həm həyatımız ənənəviyə qayıdar, rahatlaşar. Bu proses ictimai məsuliyyət tələb edir”.

"Tədrisimizi arasıkəsilmədən sona çatdıracağımıza ümidliyik"

Onun sözlərinə görə, peyvənd vurdurmayıb prosesi ləngitmək doğru deyil. Əmrullayev bildirib ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır.